Pəncab ştatındakı Calandhar kəndində yaşayan Pranşu anadangəlmə şikəst doğulub. Onun alnı və siması deformasiya olunub.
Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, kənd sakinləri Pranşunu insanlara uğur, zənginlik və bəxtəvərlik bəxş edən Qaneş tanrısının reinakrnasiyası sayırlar.
Hətta müəllimlərpi belə Pranşuya sitayiş edir. Hər cümə axşamı Pranşu kənddəki məbədin qarşısında onun ziyarətinə gələnləri qəbul edir.
Pranşunun atası Kamleş deyir: “Mən də bütün kənd camaatı kimi ona sitayiş edirəm. Oğlumun xeyir-dua verdiyi insanlar həmişə uğur qazanır”.
Deyəsən, kəndlilərin ona sitayiş etməsinndən Pranşu da xoşlanır.
“Hamı mənə sitayiş edir. Mənə “Qaneş Ci” deyəndə xoşlanıram. Bu, məni bəxtəvər edir. Böyük başımdan, sifətimdən razıyam”.
Pranşu yoxsul ailədə doğulub. Onun atası fəhlədir və gündəlik gəliri 5 dollardan da azdır. 4 qardaşı olan Pranşunun böyük qardaşı da eyni xəstəliyə mübtəladır.