4 Fevral 2017 01:24
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir.

Teleqraf.com xəbər verir ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur. Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib.

“4pda.ru” saytına istinadən yazır ki, “NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6x76.2x11.9 mm, çəkisi 196 qramdır.

İlkin sifariş zamanı yeni cihazın dəyəri 59 dollardır. “NitroQ” akkumulyatorlarının ilk tədarükü artıq cari ilin avqustunda başlanılacaq.


Müəllif:

Oxşar xəbərlər