12 Fevral 2017 22:13
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubunda yaşayan iş adamı Uber taksi şirkətini məhkəməyə verib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, buna səbəb kişinin həyat yoldaşına xəyanət etməsinin üstünün açılmasıdır.

Uber tətbiqindəki qüsura görə kişinin həyat yoldaşı görüb ki, o, tez-tez başqasının yanına gedir. Uber şirkəti hər dəfə kişinin səfərləri barədə qadına məlumat verib. Beləliklə qadın həyat yoldaşından şübhələnməyə başlayıb. Və cütlük boşanmaq barədə qərar qəbul edib.

Məlumata görə, kişi Uberdən 83.54 AZN tələb edir.

Vəkil hesab edir ki, onun müştərisi Uberin tətbiqindəki nöqsanın qurbanı olub.

Qeyd olunur ki, bu nöqsanla digər istifadəçilər də rastlaşıb.

Dekabr ayında sistemin yenilənməsindən sonra problem aradan qalıdırılıb. Uber məsələ ilə bağlı şərh bildirməyəcəyini deyib, lakin əlavə edib ki, istifadəçilərin şəxsi detallarının qorunması onlar üçün vacibdir.


Müəllif: