"Facebook” korporasiyası Böyük Britaniyanın “TransferWise” şirkəti ilə birlikdə pulköçürmələri funksiyasını beynəlxalq formatda istifadəyə verib.
Teleqraf.com xəbər verir ki, hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.
Funksiya pulköçürmələri üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından faydalıdır. Məsələn, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.