25 Fevral 2017 01:54
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç də bütün dahilər məktəbdə yaxşı oxumayıblar. Belə dahilərin valideynləri hətta onlardan üz döndəriblər. Lakin məqsədyönlülüyü və istedadları sayəsində onlar dünya tarixinə öz adlarını yaza biliblər.


Dünya tarixinə iz salan dahilər ömür yollarının başlanğıcında, məktəb illərində


1.Uinston Çerçill
Ən dahi britaniyalı adlandırılan Uinston Çerçill zadəgan ailəsində anadan olmasına baxmayaraq təhsil sisteminə nifrət edib. Britanitanın baş naziri olacaq Uinston məktəb dərslərini oxumağa və tədbirlərdə iştirak etməyə çalışmır, vaxtını dərsdənkənar kitablar oxumaqla keçirirdi. Sonradan həm də ədəbiyyat üzrə Nobel mükafatı qazanan Çerçill “Məktəbin təhsillə heç bir əlaqəsi yoxdur. Bura nəzarət institutudur və uşaqlara zorən ictimai davranış qaydalarını anladılır” – deyə illər sonra da ingilis təhsil sisteminə nifrətini ifadə etmişdi.


2.Vladimir Mayakovski
Proletariatın məşhur siması sovet dövründə ən çox sitat gətirilən şair idi. Lakin SSRİ ədəbiyyatşünasları Mayakovskinin tərcümeyi halındakı detalı - davamiyyəti pozduğu üçün dəfələrlə universitetdən qovulmasını gizlətmişdi.


3.Sergey Korolyov
Sovet kosmonavtikasının banisi, ballistik və geofizik raketlərin yaradıcısı olan Sergey Korolyov məktəb illərində həmişə “2” alırdı.


4. Riçard Brenson
Brenson Böyük Britaniyanın ən mükəmməl maliyyə dahilərindən biri sayılır. “Virgin Group” şirkətinin və kosmik turizmin yaradıcısı kimi qəbul edilən milyarder yüksək intellectual zəkası ilə seçilir. Maraqlıdır ki, məktəb illərində Brenson sinfin ən zəif şagirdlərindən biri sayılırdı və sözləri dügzün tələffüz edə bilmirdi.


5.İssak Nyuton
Britaniyalı alim məktəbdə ən pis oxuyan şagird idi. Lakin sinif yoldaşı tərəfindən döyüldükdən sonra yaxşı oxuyacağına söz verən gələcəyin dahi fiziki bir neçə aydan sonra sözünü tuta bilir.


6. Napoleon
Adını Fransa tarixinə qızıl hərflərlə yazmış Napoleon məktəbdə riyaziyyat istisna olmaqla qalan bütün fənlər üzrə pis oxuyub.


7.Lüdviq van Bethoven
Almaniya tarixinin ən böyük bəstəkarı ömrünün son günlərinə qədər düzgün yazmağı öyrənə bilməmişdi və həmişə mətnlərdə kobud səhvlər edirdi. Maraqlıədır ki, məşhur fransız yazıçısı Aleksandr Düma kimi Bethoven də vurma-bölmə cədvəlini heç cürə öyrənə bilməmişdi.


8. Albert Eynşteyn
Nisbilik nəzəriyyəsinin banisi, fizik üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn heç vaxt yaxşı oxumayıb. Onun valideynləri öz yaxınlarına Eynşteyinin gələcəyi ilə bağlı ümidli olmadıqlarını və övladlarının adi katib işini tapmasına çox senicəklərini deyidi.


9.Aleksandr Puşkin
Puşkin təhsil aldığı litseydə ən zəif şagirdlərdən sayılırdı və həndəsə dərslərində ağlayırdı. Atesstatındakı qiymətlərinə görə isə o axırdan ikinci idi.


10.Anton Çexov
Rusiya ədəbiyyatının ən intelektual yazıçılarından sayılan Çexov da məktəb təhsili ilə öyünə bilməzdi. Dahi yazıçı oxuduğu gimnaziyada 2 dəfə dalbadal kəsilərək 2-ci iə qalmışdı.

/Modern.az/


Müəllif:

Oxşar xəbərlər