5 Avqust 2014 14:00
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 1-i vəziyyətinə görə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 56 389 974 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

İyul ayının eyni dövründə isə açıqlanan məlumata görə, Fonda Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 55 616 001 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Artım Fondun manat hesabında baş verib və bu 773 973 manat artım qeydə alınıb. ABŞ dolları və avro hesablarda vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

Son günlər cəbhə xəttində baş verən hadisələr zamanı Fonda daxilolmaların artıb artmaması məsələsi ilə bağlı Teleqraf.com-a münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, Fondda daxilolmaların artımı müvafiq dövrdə ictimaiyyət üçün açıqlanır.

V.Dərgahlı son günlər cəbhə xəttində baş verən hadisələr zamanı Fonda daxil olan vəsaitdən istifadə olunmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Fonda daxil olan məbləğin idarə edilməsi qurumun əsasnaməsinə uyğun olaraq həyata keçirilə bilər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər