Çində valideynlərin qızlar üzərindəki basqısı yeni bir biznes sektorunun yaranmasına səbəb olub. Bu xüsusilə valideynlərindən ayrı yaşayan qızlar üçün əlverişli bir xidmət növüdür. Çinli qızlar ailələrini “qızım evlənməlisən artıq” təzyiqindən qurtarmaq üçün bu xidmətdən geniş istifadə edirlər.
Söhbət kirayə götürülə biləcək ərdən, daha doğrusu, sevgilidən gedir. Bu xidmətdən istifadə edən qadınlardan biri Ding Na bunları söyləyib: “30 yaşındayam, amma hələ ailə qurmamışam. Ailəmlə problem yaşayıram artıq. Hər kəs “niyə evlənmirsən” deyə soruşur. Bu təzyiqlə yaşamaq çox ağırdır. Ona görə də bu xidmətdən istifadə etdim. Agentlikdə günlük, ya da bir neçə saatlıq seçdiyin kişini kirayə götürə bilərsən. Onu valideynlərinə evlənəcəyin adam kimi təqdim edirsən, vəssalam”.
Kirəlik sevgili kimi çalışan Li Le bu işin həyacanverici olduğunu düşünür və pul üçün çalışmadığını deyir.
Kirayə sevgilini Zhou Xiaopeng Baihe.com saytından da sifarış vermək mümükündür. Xidmət haqqı isə o gədər də baha deyil. Məsələn, qızın ailəsi ilə tanışlıq yeməyinə getmək 5 dollara başa gəlir. Yemək əsnasında daha inandırıcı olmaq üçün qızın yanağından öpmək 8 dollaradır. Ailənin evində qonaq qalmaq isə 85 dollardır.
Ülkər