10 Sentyabr 2014 20:44
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ferrari”nin rəhbəri Luca Cordero de Montezemolo oktyabrın 13-dən vəzifəsindən gedəcəyini açıqlayıb.

Publika.Az xəbər verir ki, 1970-ci ildən “Ferrari”də işə başlayan Montezemolo 1991-ci ildə direktor vəzifəsinə keçib. “Formula 1”də çox sayda zəfər qazanan komandanın rəhbəri olub. Montezemolonun təqaüdə çıxmaq qərarına elə “Formula 1”dəki müvəffəqiyyətsizliyin səbəb olduğu deyilir. Bundan əlavə irəli sürülən versiyalardan biri də onun “Ferrari”nin hissələrinin 90 faizinə sahib olan “Fiat”ın direktoru Sergio Marchionne ilə yola getməməsidir.

Montezemolonun “Ferrari”dəki vəzifəsini isə Marchionne təhvil alacaq.


Müəllif:

Oxşar xəbərlər