Yeni Samsung Galaxy Mega 2 planşetofonu şirkətin Tayvan nümayəndəliyinin saytında qeydə alınıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Galaxy Mega 2 modeli 1280x720 nöqtə təsvir ölçülü 6 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli Exynos 4415 prosessoru və Mali-400MP4 qrafikası, 1.5 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Sonuncunu microSD yığcam kartlarının köməyi ilə artırmaq olar.
Bundan başqa, mobil telefon 8 meqapiksellik əsas kamera və 2,1 meqapiksellik ön kameralarla, Wi-Fi 802.11 b/g/n, DLNA, Bluetooth 4.0 və GPS/QLONASS simsiz kommunikasiyalar ilə təchiz olunub. LTE şəbəkəsi dəstəklənir və eyni zamanda iki SİM kartın istifadəsi mümkündür.
Samsung Galaxy Mega 2 qurğusunun korpusu qara və ağ rənglərdə əlçatan olacaq. Aparatın təxmini qiyməti 410 dollar təşkil edəcək.