Türkiyədə yeni ailə quran cütlüyün evini yandırıblar.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, evi yandıran adamın qonşu qadın olduğu ortaya çıxıb.
Polisin məlumatına görə, Kazım Özen və Bahar Şenolun toyları dünən axşam olub. Toyun qızğın anında yoldan keçən TIR sürücüsü evin yandığını görüb və toy sahibinə xəbər verib.
Hadisə barədə yanğınsöndürmə və jandarmaya xəbər verilib. Təkmərtəbəli evin yataq otağı yanaraq istifadə edilməz hala düşüb.
Evin təhlükəsizlik kamerası görünütülərini araşdıran polis yanğını qonşu N.D-nin törətdiyini görüblər. Kameradan xəbərsiz olan N.D-nin bir çubuğun köməyi ilə pəncərəni qırdıqdan sonra benzinlə evi yandırdığı qeydə alınıb. Bundan sonra polis N.D-ni nəzarətə alıb.
Kazım Özen "Qonşumuz N.D və ailəsi ilə aramızda mübahisə var idi. Davamlı olaraq bizi təhdid edirdilər. “Evinizi başınıza yıxacağıq” deyirdilər. Ən xoşbəxt günümüzü zəhər etdilər. Onlardan şikayətçiyik”deyib.
Rüstəm