“Möhtəşəm yüz il” serialını yayımlayan Macarıstanın RTL Klub kanalı serialın yayımını dayandıracaq.
Axar.az xəbər verir ki, Macarıstan əhalisi kanalın serialı dayandırmasına etiraz edib.
Artıq etirazçılar “Serialimizi istəyirik” süarı altında on minlərlə imza toplayaraq kütləvi mitinq keçirməyə hazırlaşdıqlarını bəyan ediblər.
Yaranan qalmaqaldan sonra telekanal rəhbərliyi tamaşaçılardan üzr istəyib.
Kanalın proqram direktoru verdiyi açıqlamasında bildirib ki, yeni bir telelayihəyə start verdikləri üçün serialın verilişini altı həftəlik dayandırıblar.