Heyvan Haqları Dərnəyi PETA İngiltərənin paytaxtı Londonun məşhur Trafalqar Meydanında maraqlı aksiya keçirdib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada təxminən 100 nəfərdən ibarət olan könüllü iştirak edib. Çılpaq soyunub yerə uzanaraq üzərlərinə qan rəngli qırmızı boya yaxan gənclər heyvan qırğınlarına diqqət çəkməyə çalışıblar.
Onlar əllərinə “Həyatı seçin, vegeterianlığı seçin”, “Ət üçün öldürülür” yazılı plakatlar tutublar. PETA könüllüləri hərəkatın sonunda Trafalqar Meydanında payladıqları broşuralarda noyabr ayı ərzində ət yeməməyə çağırışı ediblər.
Teleqraf.com Londonda çəkilmiş video və fotoları təqdim edir :
Rüstəm
Hayvan hakları için çıplak eylem cumhuriyet