“Facebook”da tanış olduqları azyaşlı qızları aldadaraq təcavüz edən 8 nəfərlik dəstə müəyyən olunub.
Teleqraf.com “Habertürk”ə istinadən xəbər verir ki, İstanbulda xəstəxanada 13 yaşlı qızın 29 həftəlik hamilə olduğu müəyyən olunmasından sonra polis əməliyyata başlayıb. Azyaşlı qız “Facebook”da tanış olduğu oğlanın ona təcavüz etdiyini bildirib. Sosial şəbəkə qurbanı daha sonra başqa şəxslərin də cinsi istismarına məruz qaldığını bildirib.
Polis təcavüzdə şübhəli bilinənlərin 6-sını həbs edib. Digər 2 şübhəlinin axtarışları isə davam etdirilir.
Məlumatına görə, 14 və 16 yaşlı daha 2 qızın da şəbəkənin qurbanı olduğu müəyyən olunub.
Rüstəm