19 Noyabr 2014 07:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi 7-12 m/s olacaq. Temperaturun gecə 7-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 5-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir az yağış yağacağı gözlənilir. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında arabir az yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s olacaq. Temperaturun gecə 6-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Müəllif:

Oxşar xəbərlər