24 Noyabr 2014 08:38
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ötən dövrü Gəncə avtomobil zavodu üçün uğurlu olub. Belə ki, 2013-cü illə müqayisədə zavodda istehsalın həcmi iki dəfəyədək artıb.

Zavodun direktor müavini Şəhla Abdinova Teleqraf.com-a bildirib ki, keçən ilin 10 ayında istehsalın həcmi 35,9 milyon manat olduğu halda, cari ilin 10 ayında bu rəqəm 57,7 milyon manat təşkil edib. Almaniya və İtaliyadan gətirilən müasir avadanlıqların istismara verilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyəti də yüksəlib.

İndi müəssisədə 2 modeldə mini traktorlar istehsal olunur. Minsk təkərli dartıcılar zavodu ilə bağlanan müqaviləyə əsasən, zavodda iritonnajlı yük maşınları və ağır yüklərin daşınması üçün nəzərdə tutulan treylerlərin yığımına da başlanıb.

Bundan başqa, müəssisədə traktorların bazasında yeni qar təmizləyən, asfalt doğrayan, yol təmizləyən, “MAZ” markalı avtomobillərin bazasında isə yanacaq daşıyan maşınlar, eləcə də kommunal xidmət üçün müxtəlif təyinatlı texnikalar istehsal olunur.


Müəllif:

Oxşar xəbərlər