25 Dekabr 2014 17:23
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novosibirsk polisi qətl sifariş edən 30 yaşlı cinayətkarı həbs edib.

Teleqraf.com-un xəbərinə görə, pis niyyətli həmin şəxs bacısını öldürmək üçün killer axtarıb. O, bu qətli bacısının sahib olduğu mənzili ələ keçirmək üçün sifariş edib.

Novosibirsk polisindən bildiriblər ki, təqsirləndirilən şəxs əvvəllər mahkum olunub. O, "killerə" avans verərkənb həbs edilib. Killer rolunda isə polis olduğunu gizlədən şəxs çıxış edib.

Təhqiqata görə, 30 yaşlı kişi 23 yaşlı bacısının mənzilini ələ keçirmək qərarına gəlib. Mənzil qıza valideynlərindən qalıb.

Bildirilir ki, qardaşı qızın öldürülməsu müqabilində "qatilə" 500 min rubl vəd edib. O, bu pulu cinayət törədildikdən və mənzili adına keçirdikdən sonra ödəyəckmiş.

Cinayət axtarışı bölməsinin əməliyyatçıları sifarişçını "qatilə" 25 min rubl ödəyərkən həbs ediblər. Polis əməliyyatın videosunu yayıb.

Faktla bağlı cinayət işi aşılıb, araşdırma aparılır.

Nihad


Müəllif:

Oxşar xəbərlər