8 Yanvar 2015 18:01
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın turizm imkanlarının 2015-ci ildə hansı xarici populyar televiziya şirkətləri vasitəsi ilə təbliğ ediləcəyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "Vətəndaşın büdcə bələdçisi" kitabında deyilir. 2015-ci ildə Azərbaycanın turizm imkanları "National Geographic Channel", BBC, CNBC, "Euronews", "Travel Channel" və CNN televiziya şirkətləri vasitəsi ilə təbliğ olunacaq.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 4,3 milyon manat və ya 6 dəfə çoxdur.

Rüstəm


Müəllif: