Dağıstan polisinin eşşək üstündəki çarxı İnternetdə sürətlə populyarlıq qazanır. Modern.az-ın verdiyi xəbərə görə, kadrlardan görünür ki, respublikanın dağlıq rayonlarından birində növbətçi olan Daxili İşlər Nazirliyinin əməkdaşları eşşəklə fotosessiya etdirmək qərarına gəliblər.
Ancaq bu ideya heyvanlardan birinin ürəyincə olmayıb. Polislərdən biri effektli kadr üçün eşşəyin belinə minən kimi o kamera qarşısında tullanmağa başlayıb və nəticədə güc strukturunun əməkdaşını belindən aşırıb.
Bu gülməli videoya sutka ərzində 300 min nəfər baxıb, ancaq belə populyarlıq güc strukturunun rəhbərliyinin xoşuna gəlməyib.
Ona görə xidməti yoxlama başlayıb. Bu videonun çəkilişində kimlərin iştirak etdiyi araşdırılır.