14 Yanvar 2015 03:26
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ən əcaib ölümlərin siyahısı hazırlanıb. Yazette.com saytının xəbərinə görə, bu siyahıda 53 yaşlı balıqçı Cevdet Özkanın ölümü ilk yeri tutub.

Balıqçının ölüm səbəbi tragikomikdir. Belə ki, balıqçı əsnəyərkən ağzına, ordan da mədəsinə girən milçəyi öldürmək üçün “unikal” bir üsul seçib.

Bu üsul milçəköldürən spreyi ağzına sıxmaqdan ibarət olub. Bu üsulu tətbiq edəndən bir neçə dəqiqə sonra Özkanın halı pisləşib.

Yaxınları onu xəstəxanaya çatdırandan az sonra balıqçı həyatını itirib. Həkimlər kişinin zəhərləndiyini və mədəsini yumağın da heç bir xeyri olmadığını deyib. /musavat.com/


Müəllif:

Oxşar xəbərlər