23 Yanvar 2015 07:34
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Televiziya və Radio Yayımı" (UTR) dövlət teleradio şirkəti Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə öz proqramlarının yayımını dayandırıb. Bu barədə Teleqraf.coma-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-dən məlumat verilib.

ASC-dən deyildiyi kimi, UTR "Azerspace-1" peykindən gedişini şirkətin Ukraynadakı münaqişə və qrivnanın məzənnəsinin düşməsi nəticəsində yaranmış maliyyə çətinlikləri ilə əsaslandırıb.

ASC-dən deyiblər: "Вununla əlaqədar, yanvarın 20-dən etibarən UTR "Azerspace 1"-in Avropa oxundan yayımını dayandırıb. UTR-in siqnallarının qəbulu hələlik yalnız peykin Asiya oxu vasitəsilə mümkündür".

“Azərkosmos”-dan deyildiyi kimi, Ukraynanın peyk operatoru ilə əməkdaşlıq davam edir və bu gün "Azerspace 1"-in köməyi ilə üç Ukrayna telekanalının ("Mərkəzi kanal" (KDRTRK), "ChePe Info" və "Kultura") translyasiyası həyata keçirilir.

Bundan əvvəl Azərbaycan peyki vasitəsilə "Lviv TV", "ОЕ", "Boutique TV" və "Radio Antoshka"nin yayımları da həyata keçirilib.

Hazırda "Azerspace-1" peyki vasitəsilə 130 televiziya və 20 radio kanal yayımlanır. "Azerspace-1" peyki 46 dərəcə şərq uzunluq dairəsində orbital mövqedə yerləşir.


Müəllif: