2015-ci il üçün Nobel Sülh mükafatı siyahısına 276 namizəd daxildir.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan 49-u ictimai və beynəlxalq təşkilatdır. Nobel mükafatı fondunun qaydalarına əsasən, Sülh mükafatına namizədlərin adları açıqlanmır, çünki bu, son 50 il ərzində gizli saxlanılır.
Bu ilin qalan aylarında Nobel komitəsi mükafata namizədlərin ümumi siyahısı üzərində işi davam etdirəcək. Mükafatın qalibi oktyabrda Osloda bəlli olacaq.
Qeyd edək ki, ötən il Nobel Sülh mükafatına 278 ictimai xadim və beynəlxalq təşkilat iddia etmişdi. 2014-cü ildə bu mükafata pakistanlı Malala Yusafzay və hindistanlı fəal Kaylaş Satyarti layiq görülmüşdülər.
Rüstəm