6 Mart 2015 06:24
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Bristol şəhərində hazırlanan yeni maşın avtomobil həvəskarlarının diqqət mərkəzindədir. Bloodhound adlı maşını hazırlayanlar raketə bənzəməsi üçün ona ucluq da taxıblar.

Yeni maşın avqust ayından etibarən sınaqlara başlayacaq. BBC-nin xəbərinə görə, hər şey yolunda gedərsə, maşın dünyanın ən sürətli avtomobili adını qazanmaq üçün Afrikaya göndəriləcək.

Raketə bənzər maşını saatda 1228 kilometr sürətlə daha əvvəl dünya rekordu qıran pilot Andy Green idarə edəcək. Maşına “Eurofighter” markalı kiçik bir təyyarənin motoru taxılıb.

Ən yeni texnologiyalardan istifadə edilərək hazırlanan maşının hissələri də özəl olaraq hazırlanıb. 700 özəl hissədən ibarət olan maşın İngiltərə hökuməti tərəfindən dəstəklənir. /musavat.com/


Müəllif:

Oxşar xəbərlər