13 Aprel 2015 18:26
755

Gələcəyin göydələnləri sadəcə bina olmayacaq, onlar şaquli şəhərlərə çevriləcəklər.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, OXO arcitectes və Nicolas Laisné Associés studiyalarının memarları belə hesab edirlər. Sahara səhrasında reallaşdırılacaq bu layihə - göydələnin əsl şaquli eko-sistemə çevrilməsi ideyasıdır. 450 metr yüksəkliyi olan göydələn çoxməqsədli binanı təqdim edir. Binada şaquli fermalar, böyük hovuzlu çimərlik, restoranlar, mağazalar, yaşayış və ofis məkanları və s. müxtəlik zonalar yaratmaq nəzərdə tutulub.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: