Amerikanın komediya aktyoru Bill Kosbinin barəsində təcavüz ittihamı ilə cinayət işi açılıb.
Teleqraf.com-un xəbərinə görə, ifadəsi alınan zaman Kosbi şok etiraflarda bulunub. O, bu günə qədər 20-də artıq qadına təcavüz etməkdə günahlandırılsa da, təcavüz ittihamlarını rədd etmişdi.
Assoşieyted Press agentliyinin xəbərinə görə, hələ 2005-ci ildə Californiyadakı Temple Universitetinin keçmiş əməkdaşı Andrea Konstand aktyoru təcavüzdə suçlayıb. Konstand bildirib ki, Kosbi uyuşdurucu verdiyi qadınlara təcavüz edib. O, Kosbini uyuşdurucular almaqda da suçlayıb. Bundan sonra Kosbi ittihamı qəbul edib və məhkəməyə məlum olmayan məbləğdə pul verərək Kostandla anlaşma əldə edib. Bill Kosbi sonradan bu məlumatlar üzə çıxdığından evə qapanıb və "bu mövzuda danışmaq istəmirəm" deyə ona verilən sualları rədd edib.
Nihad