Dubayda ata suda boğulan qızına yad əli dəyməsin deyə, xilas edicilərə mane olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Emirates 24/7" saytı məlumat yayıb. Dubay polisi rəsmisi polkovnik-leytenantı Əhməd Burqibah qan donduran hadisə belə şərh edib:
"Bir miqrant sahildə həyat yoldaşı və uşaqları ilə birlikdəydi. Aralarında 20 yaşlı qızın da olduğu uşaqlar üzmək istəyib. Ancaq gənc qız axına düşüb və çırpınmağa başlayıb. Qışqırıqları eşidən iki xilasedici köməyə gedib. Bu vaxt qızın atası, yad adamların qızına toxunmasına icazə verməyəcəyini söyləyərək xilasedicilərə mane olub. Beləliklə, ata qızının ölümünü daha üstün tutub".
Kişinin uzun boylu və güclü olduğunu deyən Burqibah onun xilasedicilərə fiziki müqavimət göstərdiyini bildirib. Qızın sudan cəsədi çıxarılıb.
Dubay polisi asiyalı olduğu bildirilən atanı həbs edib.
Rüstəm