14 Avqust 2015 13:01
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda avtomobil yolunu bağlayaraq evlilik təklifi edən oğlan və 6 dostu saxlanılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 8-də olub. 7 maşından ibarət kortec avtomagistralı bağlayıb.

Məsud K. avtomobili ilə təhlükəli manevrlər etdikdən sonra digər avtomobildə olan sevgisilisinə yolun ortasında evlənmə təklif edib.

Baş verənləri isə ətrafdakılar telefona çəkərək sosial mediada paylaşıblar.

Kamera görüntülərini araşdıran polis 7 dostu da həbs edib.

Sürücülük vəsiqələri əllərindən alınan 7 şübhəlinin işi istintaqdan sonra məhkəməyə göndərilib.

Teleqraf.com həmin videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər