14 Avqust 2015 23:54
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Boğaziçi Universitetinin qızlar yataqxanasına girən və bir tələbəni yaralayan 3 nəfərə həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 8-də baş verib. İçkili olan Yasin P, qardaşı Şərəf P və Barış A. ilə birlikdə yataqxana binasının önünə gəlib.

Yanğın nərdivanlarından istifadə edərək yataqxananın 5-ci mərtəbəsinə qalxıb. Yasin otaqlardan birinə girərək içəridəki qız tələbəyə təcavüz etməyə çalışıb. Bu zaman o, əlindəki ülgüclə gənc qızı yaralayıb. Səsə digər tələbə qızlar gəlib. Mühafizə əməkdaşları yataqxanaya gələn zaman Yasin ordan qaçıb.

Təhlükəsizlik kameralarının görüntülərini yoxlayan polis şübhəlilərin kimliyini müəyyən edib. Əməliyyat nəticəsində Yasin P, qardaşı və yaşı 18-dən az olan Barış A. saxlanılıb. İfadələri alınan şübhəlilər ədliyyəyə sövq edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər