Norveçdə musiqi müəllimi 115 uşağa təcavüzdə ittiham olunur.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müəllimin uşaqları heyvanlarla əlaqəyə girməyə zorladığı və onların şəkillərini çəkdiyi məlum olub. Hadisənin ortaya çıxan detalları Norveç xalqını şoka salıb.
Polis sözügedən müəllimin təcavüzə zorladığı uşaqlardan ən az ikisinin 16 yaşdan kiçik olduğunu bildirib. O, tələbələrindən 100-nü soyundurmaqda, 3-nü heyvanlarla əlaqəyə məcbur etməkdə günahlandırılır.
Östland bölgəsi polisi 40 yaşlı müəllimin ölkənin demək olar ki, bütün bölgələrindən uşaqları istismar etdiyini bildirib.
Müəllimin evində aparılan axtarışda uşaqların çılpaq görüntüləri və rəsmlərinin tapılıb.
Prokurorluqdan bildiriblər ki, sözügedən müəllim bir çox yerdə saxta vəsiqədən istifadə edib: "Bu səbəbdən məlumatları toplamaqda çətinlik çəkirik. Şübhəli şəxs 16 yaşdan kiçik uşaqları təcavüz etmək, heyvan və uşaq istismarı, saxta vəsiqədən istifadə etmək, uşaq pornoqrafiyası istehsal etmək kimi cinayətlərdən mühakimə olunacaq".
Şübhəli musiqi müəllimi kimi çalışmaqla yanaşı nəqliyyat işlərində də çalışıb.
Rüstəm