Moskva məhkəməsi azyaşlı sevgilisinin valideynlərini öldürən Tacikistan vətəndaşı 20 yaşlı Suxribjon Yakubova hökm oxuyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Yakubovu təqsirli bilərək, onu 17 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məlumatlara görə, Yakubov 16 yaşlı sevgilisi Yuliyanın evində onun valideynləri ilə birlikdə yaşayıb. Hadisə baş verən günü Yakubov sevgilisinin atası ilə mübahisəyə başlayıb. Mübahisə bir müddət sonra davaya çevrilib. Yakubov "qayınata"sına bir neçə yumruq zərbəsi endirib. Bununla ürəyi soyumayan cinayətkar mətbəx bıçağı ilə kişiyə 7 zərbə vurub. Yaralı şəxs hadisə yerində ölüb.
Daha sonra qışqırıq səsinə Yuliyanın anası gəlib və Yakubov ona da 23 bıçaq zərbəsi endirib. O, qadının öldüyündən əmin olduqdan sonra hadisə yerindən qaçıb və iz buraxmamağa çalışıb.
Yuliya valideynlərinin ölüm xəbərini normal qarşılayıb və Yakubovla evlənmək qərarına gəlib.
Qeyd edilir ki, Yakubovun sevgilisinin valideynləri ilə münasibətləri 2014-cü ilin noyabrından gərgin olub. Ancaq buna baxmayaraq, onlar birlikdə yaşayıb.
Məhkəmədə dindirilən Yuliya Yakubovdan şikayətçi olmadığını deyib. O, valideynlərinin sevgilisindən narazı olduğunu və onlara maneəçilik törətdiyini bildirib. Qərardan sonra Yuliya Yakubovu gözləyəcəyi ilə bağlı söz verib.
Samir