19 Oktyabr 2015 20:22
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin Kocaeli bölgəsində iş axtarmaq üçün evdən çıxan və İŞİD-ə xidmət edən şəxslər tərəfindən aldadılaraq 3 dostu ilə birlikdə Suriyaya aparılan 19 yaşlı Sərxan Uzunun atası Bəkir Uzun, oğlunun dövlət tərəfindən həbs edilməsini istəyib. Buna səbəb isə, oğlunun "Canlı bomba" olmasından qorxmasıdır.
Oğlunun "Canlı bomba" olmasından qorxduğunu bildirən Bəkir Uzun mediaya açıqlamasında bunları deyib: "Oğlum namaz qılırdı. Uşaqlarımızın beyinlərini "yuyurlar". Oğlumun da 3-4 ay ərzində beynini "yudular". Ankaradakı partlayışda çox narahat oldum. "Canlı bomba" deyiləndə onun oğlum olduğunu güman etdim, kədərləndim. Sonradan onun olmadığını anladım. Bizim canımız yanıb. Başqa ailələrin canları yanmasın. Oğlum iş tapanda çayçıda, bazarlarda çalışırdı. Anasının psixologiyası pozulub. Dərmanlarla onu sakitləşdiririk. Digər ailələrin vəziyyəti də eynidir. Telefonunu da polisə vermişəm, axtarıb, tapsınlar. Uşağımın gəncliyindən, cahilliyindən istifadə ediblər, aldadıblar".
Musavat.com


Müəllif: