26 Oktyabr 2015 11:27
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva vilayətinin müstəntiqləri Çexov rayonunda asayiş keşikçisinin qətli ilə bağlı cinayət işi açıblar.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, orada bağ evində Yol Polisi İdarəsinin baş müfəttişi güllələnib. Onu daşınmaz əmlakın alqı-satqsı ilə məşğul olan şəxs güllələyib.

Onların arasında ədavətə səbəb polisin həyat yoldaşının bir mddət ona xəyanət etməsi olub. Cinayət hadisəsi oktyabrın 24-də baş verib.

"Onların arasında il yarımdan artıq ədavət olub. Gecə yol polisi müfəttişi növbəti dəfə öz opponentinin evinə gedib. Onların arasında münaqişə yaranıb. 38 yaşlı rieltor evdəki silahla havaya bir neçə dəfə atəş açıb. Güllələrdən biri polis işçisinin sinəsinə dəyib", - hadisə ilə bağlı polisin yaydığı press-relizdə bildirilir.

Hadisə yerindən 3 giliz götürülüb. Cinayəti törədən şəxsi 15 il həbs cəzası gözləyir.

"Moskovskiy komsomolets" qəzetinin yazdığına görə, bir müddət əvvəl polis işçisi həyat yoldaşından ayrılıb. Bundan sonra qadın ev alqı-satqısı ilə məşğul olan iş adamı ilə yaşamağa başlayıb. İş adamının iki azyaşlı övladı olub. Qadınla onun sevgi macərası 4 ay davam edib. Bundan sonra polis öz arvadı ilə barışmağa nail olub. Lakin o, qadının keçmiş məşuqunu cəzasız buraxmaq istəməyib.

Hadisə baş verən günü işdən gələn polis işçisi arvadının evdə olmadığını görüb. O, qadının yenə də iş adamı ilə birlikdə olduğunu düşünüb. Polis Mercedes markalı avtomobili ilə iş adamının bağ evinə gəlib və avtomobillə onun hasarını uçurub. Daha sonra isə ayağı ilə rəqibinin avtomobilinə və evinin qapısına zərbələr endirib. Rieltor evdən əvvəlcə slahsız çıxıb. Lakin öz ünvanına hədələr eşitdikdən sonra silaha əl atıb. Əvvəlcə iki dəfə havaya atəş açıb. Lakin bundan sonra da polis sakitləşməyib. Rieltor üçüncü dəfə atəş açaraq onu qətlə yetirib.

Hadisə barədə polis bölməsinə qonşular xəbər verib. Rieltor gizlənməyə və günahsiz olduğunu sübut etməyə çalışıb. Yerli sakinlərin sözlərinə görə, avtomobil müfəttişi münasibətləri aydınlaşdırmaq üçün bir neçə dəfə rieltorun evinə gəlib. Bu, hər dəfə qarşılıqlı təhqir və hədələrlə müşayiət olunub.

Nihad


Müəllif: