Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan yarışda erməni idmançı ölüm təhlükəsi ilə üzləşib.
Teleqraf.com brtk.net-ə istinadən xəbər verir ki, Ermənistan vətəndaşı David Atenesyan yarışlardan sonra qaldığı otelin hovuzunda üzərkən, huşunu itirib.
Boğulmaq təhlükəsi ilə üzləşən erməni Azərbaycan komandasının məşqçisi Həsən Həsənzadə tərəfindən xilas edilib. Ona ilk tibbi yardımı da H.Həsənzadə göstərib.
D.Atenesyan xəstəxanaya çatdırılıb. Bir gün xəstəxanada qaldıqdan sonra otelə qayıdan erməni idmançı azərbaycanlı məşqçiyə təşəkkür edib.
Samir