Qazaxıstanın Aktobe şəhərində maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini olan Ruslanın başına qəribə hadisə gəlib. Belə ki, o, dostu ilə birlikdə şəhərdəki barlardan birinə gəlib. Barda iki gənc qızla tanış olan dostlar spirtli içki qəbul ediblər. Bundan sonra qızlar oğlanları evlərinə dəvət ediblər. Ruslan və dostu təklifi düşünmədən qəbul edib.
Evə gəldikdə isə dostları 3 gənc oğlan qarşılayıb. Onlar Ruslan və dostunu həyat yoldaşlarına sataşmaqda günahlanıdırıb və cəzalandırılacaqlarını bildirib.
Cəza kimi dostların hər birinə 400 paket düşbərə hazırlamaq tapşırılıb. Başqa çıxış yolu olmadığından dostlar işə başlayıb və bu cəzanı 3 gün boyunca çəkiblər. Ruslan və dostu 3 gündən sonra sərbəst buraxılıblar. Həmin gün isə qızlar növbəti qurbanlarını axtarmaq üçün hazırlaşıblar.
Ruslanın sözlərinə görə, hadisə ilə əlaqədar polisə şikayət etməyə utanıb.
Samir