8 Dekabr 2015 08:51
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çin arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üzrə ilk addımları müəyyənləşdirən saziş imzalanıb.

Sazişlə kompüter təhlükəsizliyi, müxtəlif məsələlərin müzakirəsi üçün “qaynar xətt”in yaradılması, qərargah təlimlərinin keçirilməsi, kommersiya sirlərinin oğurlanması problemləri və digər mövzular üzrə məlumat mübadiləsi ilə bağlı qaydaların müəyyən edilməsi nəzərdə tutulur.

Sənədin imzalandığı görüşdə ABŞ baş prokuroru Loretta Linç, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Cey Conson və Çinin ictimai təhlükəsizlik naziri Qo Şenkun iştirak edib, - “www.osp.ru” yazır.


Müəllif:

Oxşar xəbərlər