İngiltərədə yaşayan bir uşaq anası və 4 aylıq hamilə Aleksandra Mahcouriylə həyat yoldaşının evinə girən oğrular Yeni il hədiyyələrindən tutmuş kompüter, televizor, qiymətli əşyalara kimi hər şeyi götürüblər.
Aleksanda hadisədən sonra oğrulara "həyatda ən dəyərli şeyin ailə olduğunu xatirlatdığınız üçün təşəkkürlər" mövzulu məktub yazıb:
"Evimizi soyan kimdirsə, ona təşəkkür etmək istəyirəm.
Televizorumuzu oğurladığınız üçün təşəkkürlər. Sayənizdə ailəcə daha çox söhbət edirik. Oğurladığınız bütün əşyaların ağlamağıma dəyəcək qədər önəmli olmadığını başa düşdüm. Nəticədə ailəmin başına bir şey gəlmədi... Əsas da budur... Hər şey daha pis ola ilərdi. Ətrafımızda bu qədər bizi sevən, bizə dəstək verən insanların olduğunu hiss etməyimizə kömək oldunuz. Buna görə xüsusi təşəkkürlər.
Yeni il bayramının hədiyyələrdən ibarət olmadığını, insanın sevdikləri ilə vaxt keçirməsi mənasına gəldiyini bizə xatırlatdınız"./Axşam.az