16 Dekabr 2015 13:17
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda xəstəxanada həkim-anestezoloq işləyən 25 yaşlı Vildan Kalender intihar edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis 3 ayın gəlini olan gənc qadının inthar səbəblərini araşdırır.

Məlumata görə, mərhumun həyat yoldaşı Buğrahan Artan səhər saat 5-də yuxudan oyanıb. Xanımının yanında olmadığını görən Artan salona keçib. O, Vildanın iplə özünü asdığını görüb. Artan təcili yardıma zəng edib. Ancaq hadisə yerinə gələn təcili yarım əməkdaşları qadının öldüyünü müəyyən edib.

Polis hadisə yerində apardığı araşdırmadan sonra Vildan Kalenderin cəsədini ekspertiza üçün Ədliyyə Tibb Qurumuna göndərib.

Qeyd edək ki, Vildan uşaqlıq sevgilisi Buğrahan ilə ailə həyatı qurub. Bundan əlavə gənc qadın televiziya kanalındakı moda yarışmasına qatılaraq həftənin birincisi olmuşdu.

Ramal


Müəllif:

Oxşar xəbərlər