9 Fevral 2016 01:31
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Melburn şəhərində maraqlı "cinayət" hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, ərin arvadını öldürtmək üçün tutduğu qatillər bu fikirdən daşınıb.

Belə ki, Noela Rukundo adlı qadını öldürməsi üçün əri Belenga Kalala muzdlu qatil sifariş edib. Ancaq killerlər qadının qardaşını tanıdıqları üçün prinsip olaraq qadına zərər verməkdən boyun qaçırıblar. Lakin cinayət əməlini törətmələri üçün onlara ödənilən məbləğdən imtina edə bilməyən qatillər qadının ərinə onu öldürdüklərini söyləyiblər.

Hər kəsə arvadının öldürüldüyünü bildirən ər onun üçün yas mərasimi təşkil edib. Rukundo da bu yas mərasiminə qatılmağı qərara alıb. Öz yas mərasiminə gəlməyi qərara alan arvadını gözləri önündə görən ər heyrət içinə ona baxaraq “gözlərimə inana bilmirəm, bu bir ruhdurmu?", - deyə qışqırmağa başlayıb. Qadın isə soyuqqanlılığını qoruyaraq “Supriz, mən hələ həyatdayam”, - deyə ərinə cavab verib.

Rukundonun BBC-yə verdiyi müsahibədə ərinin inanması üçün onun əlinə toxunduğunu deyib. Kalalanın dəfələrlə üzr istəməsinə baxmayaraq, qadın polisə xəbər verərək, ərinin həbs edilməsinə nail olub. Kalala 9 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər