Londonlu tibb bacısı Karen Edvards analıq məzuniyyətini dünya səyahətinə həsr edib. Bu barədə Teleqraf.com Lenta.ru-ya istinadən xəbər verir.
Karen həyat yoldaşı Şon Bayes və 3 aylıq körpəsi Esme ilə son 10 ay ərzində İrlandiya, Sinqapur, İndoneziya, Malayziya, Vyetnam, Tayvan və Honq Konqu gəzib.
Səyahət şəkillərini "İnstaqram"da paylaşan K.Edvards səfərlərini davam etmək niyyətindədir.