Türkiyədə əkiz qardaşlar atalarının itkin düşməsi barədə yerli qəzetlərdə elan veriblər.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihat və Cahit qardaşları bununla kifayətlənməyib ataları İsmayıl Doğanın "Elazığa gedirəm" deyərək evdən çıxıb və geri qayıtmadığı barədə polisə məlumat veriblər.
Kənd ətrafında axtarış aparan polis 57 yaşlı İsmayıl Doğanın basdırılmış cəsədini tapıb. Lakin bu barədə onun övladlarına xəbər verilməyib. Polis mərhumun digər iki oğlu Salih və Ahmet Doğanı izləməyə başlayıb. İstintaqın dərinləşdiyini öyrənən iki qardaş tədbir görməyə qərar verib. Onlar atalarının cəsədinin yerini dəyişmək istəyərkən, cinayət başındahəbs olunublar.
Hər iki qardaş ifadələrində analarını döydüyü üçün atalarını öldürdüklərini bildiriblər.
Rüstəm