24 Fevral 2016 22:16
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı cərrah Serjio Kanavero başın bir bədəndən digərinə köçürülməsi üzrə ilk əməliyyat cəhdinin təfərrüatlı xərclərini təqdim edib.

Əməliyyatın uğurla başa çatması üçün 10 milyon avro lazımdır. Bu vəsaitin 5 milyonu tibbi personala əməkhaqqı kimi ödəniləcək. Cərrahın ilkin hesablamalarına əsasən, əməliyyat ABŞ-da keçiriləcəyi təqdirdə isə 15-20 milyon avro lazım gələcək.

Yanvar ayının ortalarında italiyalı cərrah Serjio Kanavero onurğa beyni kəsilən və sonradan birləşdirilən bir neçə siçanı nümayiş etdirərək, gələcəkdə insanın başını ətrafların tam iflici olmadan digər bədənə köçürməyə imkan verən texnologiyanın hazırlanmasında ilk nəzərəçarpacaq uğurlar qazanıldığını bildirib. Onun sözlərinə görə, 42 cərrahın və onlarla tibb mütəxəssisinin müştərək fəaliyyəti ilə keçiriləcək əməliyyat sutka ərzində və ya növbəli şəkilıdə davam etməlidir.

Hazırda əsas məsələ cərrahların rahat işləməsi və avadanlıqların yerləşməsi üçün uyğun ölçülərdə əməliyyat otağının tapılmasıdır.


Müəllif: