8 Mart 2016 00:09
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakerlər ilk dəfə olaraq Apple kompüterlərinə qarətçi virus yoluxdura biliblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni virus kompüterdəki faylları kodlaşdıraraq bloklayır, istifadəçi həmin faylları açmağa cəhd göstərəndə isə elektron ödəniş tələb edir.

Palo Alto Networks şirkətinin məlumatına əsasən, yeni növ virus sürətlə artan kiber təhlükələrdən birinə çevrilməkdədir.

Ekspertlərə görə, illik ödənişlərin məbləği yüz milyonlarla dollar təşkil edir.
Bundan əvvəl xakerlərin toruna Microsoft Windows əməliyyat sisteminin istifadəçiləri düşmüşdülər.

Palo Alto şirkıərinin kiber təhlükələr şöbəsinin direktoru Ryan Olsonun sözlərinə görə, martın 4-də peyda olmuş KeRanger virusu Apple şirkətinin Mac kompüterlərinə keçə bilmiş ilk qərətçi virusdur.

Apple təmsilçisi bildirib ki, virusa yol açan proqramın sertifikatı artıq geri çağırılıb.

Virusun yayılmasına səbəb Transmission saytında açıq koda malik olan proqram olub.

Problemdən xəbər tutmuş şirkət həmin proqramı silərək onun yeni versiyasını dövriyyəyə buraxıb.


Müəllif:

Oxşar xəbərlər