Koreyanın Samsung şirkəti ABŞ-ın Ostin şəhərində keçirilən South by Southwest konfransı çərçivəsində Waffle tətbiqetməsini təqdim edib.
Bu sosial şəbəkə tematik kollektiv kollajlar yaratmaq imkanı verir. Bu kollajlar bir növ "vafli barmaqlığı"nı xatırladır. Layihə adını da məhz buradan alıb. Mühəndislər fikir veriblər ki, müasir servislər məlumatın invididual yerləşməsinə yönəlib. Buna görə də onlar Instagram və Snapchat-a qrup alternativi yaratmaq qərarı veriblər. Hazırda yenilik Android əməliyyat sistemli smartfonlar üçün çalışır. Samsung-un kreativ laboratoriyasının eksperimenti uğurlu alınarsa, iOS üçün Waffle versiyasını 2016-cı ilin sonuna gözləmək olar.