13 Aprel 2016 20:04
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palmerston adlı pişik Britaniya XİN-də Baş siçantutan təyin olunub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi siçanlarla mübarizə aparmaq üçün pişik işə götürüb. Palmerston adlı pişik XİN-in Vitehalda yerləşən məşhur binasında yaşayacaq. XİN rəhbərliyi bildirib ki, yeni "qulluqçu" vergi ödəyiciləri üçün yeni xərc yükü yaratmayacaq.

Palmestonun qoşuluğunda Douning Stritdə "qulluq" edən Larry adlı pişik yaşayır. Hadisə ilə bağlı XİN-in yaydığı məlumatda bildirilib ki, "Palmerston diplomatik xidmətə götürülmüş ən yeni qulluqçudur və Nazirliyin Baş siçan tutanı qismində ziyanvericilərlə mübarizə xidmətinin əməkdaşlarına binadakı siçanların sayının aşağı saxlanması işinə kömək edəcək".

İki yaşlı ev pişiyi London küçələrindən birində tapılıb. Onun üzərində mikroçip olmadığından, əvvəlki sahiblərini müəyyən etmək mümkün olmayıb. Londonun digər mühüm hökümət binalarında da pişiklər saxlanılmaqdadır.
Həmin binaların çoxu köhnə və iri siçanlarla doludur.


Müəllif:

Oxşar xəbərlər