16 Aprel 2016 11:54
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aydınlı bölgəsinin Germençik məhəlləsində dəhşətli hadisə baş verib.

Teleqraf.com "Hurriyet"ə istinadən xəbər verir ki, məhəllədə yaşayan və əqli problemi olan Ç.C, adı açıqlanmayan bir qohumuna iki ildir ki, bəzi kişilərin cüzi pul müqabilində ona təcavüz etdiyini bildirib.

Ç.C-nin qohumu bu xəbəri öyrənəndən sonra polisə xəbər verib. Bundan dərhal sonra polis hərəkətə keçərək H.T, Ş.Ç, T.E və A.O-nu nəzarət altına alıb. Polisdə sorğulanan bu şəxslər dərhal prokurorluğa aparılıb. H.T, S.Ç və A O. həbs edilib, T.R və E.Ç isə sərbəst buraxılıb. Eyni zamanda hadisədə adı çəkildiyi iddia edilən və hazırda hərbi xidmətdə olduğu öyrənilən K.A-nın da ifadəsi alınıb. Məlum olub ki, adı şərti qeyd edilən şəxslər uzun müddət əqli problemi olan Ç.C-ni cinsi istismara məruz qoyublar.

Cavid


Müəllif:

Oxşar xəbərlər