29 Aprel 2016 08:17
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" 2016-cı ilin ilk rübünə aid maliyyə hesabatını açıqlayıb.

Şirkət 1,51 milyard dollar xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründə əldə olunmuş mənfəətdən 512 milyon dollar çoxdur. Gəlirlər isə 3,54 milyard dollardan 5,38 milyarda yüksəlib.

"Facebook"un əsas gəlir mənbəyi reklamlardır. Reklam gəlirlərinin böyük hissəsi mobil əlavələrdən əldə edilir. "İnstagram"ın da hesabına bu sahədə gəlirlərin artacağı gözlənilir.

Hesabatın açıqlanmasından sonra Facebook"un səhmlərinin dəyəri 9,5% artıb.


Müəllif:

Oxşar xəbərlər