2 May 2016 13:27
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı jurnalist 3 ay müddətində İŞİD terror təşkilatının düşərgələrində gizli çəkilişlər aparıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nəticədə jurnalist "Allahın əsgərləri" adlı film hazırlayıb. Filmin bu gün təqdim olunacağı gözlənilir.

Məlumatlara görə, 3 ay müddətində terrorçular jurnalisti Səid Rəmzi ləqəbi ilə tanıyıb: "İŞİD terrorçularının inamını qazanmaq üçün jurnalist 6 ay vaxtını sərf edib. Bundan sonra onu düşərgəyə aparıblar".

Filmlə bağlı açıqlama verən jurnalist deyib ki, düşərgədəki dəhşətləri görmək onun üçün çox çətin olub: "Gecə saatlarında bizə silah verdilər və Fransada gecə klubuna hücum edəcəyimizi bildirdilər. Ancaq hücum təxirə salındı".

Qeyd edək ki, İŞİD ötən ilin noyabrın 14-də Parisdə terror aktı törədib. Hadisə nəticəsində 130 nəfər həyatını itirib, 350 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər