Rusiyanın Kazan şəhərində qətlə yetirilən rusiyalı oliqarx İqor Sosinin həyat yoldaşı Anastasiya Novikova Sosinin oğlu məhkəmədə dəhşətli etiraflar edib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, 44 yaşlı Anastasiyanın oğlu Yeqor Sosin anasının içindəki şeytanı qovmaq üçün cinayətə əl atdığını bildirib.
"Anam mənimlə cinsi əlaqəyə girmək istədi" deyən 19 yaşlı Yeqor anasını boğaraq öldürdüyünü bildirib: "Öldüyünə əmin olduqdan sonra sifətini yumruqladım. Az 20 yumruq zərbəsi vurdum. Daha sonra telefonun adapterinin şnuru ilə boğdum".
İstintaqın qənaətinə görə, Yeqor anasını öldürərkən narkotik qəbul edib. Londonun nüfuzlu universitetlərinin birində təhsil almış Yeqor Rusiyada tikinti sektorunda çalışıb.
Yeqor Sosinin məhkəmə prosesi davam edir.
Ayxan