Qəzza şəhərində yaşayan 12 yaşlı Məhəmməd əş-Şeyx akrobatik hərəkətlərə sevgisi səbəbindən "Hörümçək adam" ləqəbini qazanıb.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, fələstinli oğlan bir gün "Ginnesin Rekordlar Kitabı"na düşəcəyinə ümid edir. Hələlik isə Əş-Şeyxin bu sahədə peşəkar olmaq üçün idman zalı və qurğularına ehtiyacı var.
O, akrobatik hərəkətlər üçün küçə, çimərlik, ev - istənilən yerdən istifadə edir. Və əlbəttə ki, öz sevimli kino qəhrəmanının - "Hörümçək adam"ın kostyumu ilə...