Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva Fransada birinci tur prezident seçkilərinə münasibət bildirərkən deyib.
Onun fikrincə, nəinki Fransada, Avropanın əksər ölkələrində radikallar güclənməkdədir: “Avropada müsəlmanlara, o cümlədən, türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi təəssüf doğurmaqla yanaşı, ciddi narahatlıq da doğurur. Bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək gərginlik artacaq”.
Qeyd edək ki, Fransada birinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib. Sabiq iqtisadiyyat naziri, En Marçe Hərakatının lideri Emmanuel Makron 23,75%, Milli Cəbhə Partiyasının lideri Marin Le Pen isə 21,53% səs toplayıb. Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Növbəti tur mayın 7-də keçiriləcək.
Nərgiz