Bunu Teleqraf.com-a mərhum Prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov Nemət Pənahlının bu gün Elçibəyin guya KQB agenti olduğunu təsdiqləyən “tarixi sənəd”i yaymasına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, Nemət Pənahlının Əbülfəz Elçibəyə qarşı münasibəti xəstəlik səviyyəsində qərəzdən ibarətdir:
“Ümumiyyətlə, ötən il açıqlama və müsahibələri ilə tanış olduqdan sonra qərara gəldim ki, Nemətə baş qoşmağın mənası yoxdur. Bu cür adamlara baş qoşmağı nə jurnalistlərə, nə də digər dostlara məsləhət görürəm. Atalar məsəli var: “Yel qayadan nə aparar?” Mən Nemətin açıqlamalarına münasibət bildirmək niyyətində deyiləm. Nemət Pənahov kimi adamları cəmiyyətimiz yaxşı tanıyır. Onun fikirlərinə inananlar elə onun düşüncəsində olan şəxslərdir”.
Mərhum prezidentin köməkçisi daha sonra qeyd edib ki, zaman-zaman bu mövzuda fikirlər deyilib: “Nemətdən əvvəl bəzi gənclər var idi. Həbs edilib sonra da azadlığa çıxmışdılar. Onlar da Əbülfəz Elçibəylə bağlı nələrsə deyirdilər. Mən açıq bəyan edirəm, əgər kiminsə Əbülfəz Elçibəyin təmizliyinə şübhəsi varsa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsin. SSRİ zamanı Əbülfəz Elçibəyin istintaqı məhz KQB adlandırılan bu orqan tərəfindən aparılıb. Ora müraciət edərək, sənədlərlə tanış ola bilərlər. Nemət Pənahlıdan fərqli olaraq, bu məsələdə bizim üzümüz ağdır”.
O.Qasımov xatırladıb ki, vaxtilə Nemət Pənahlıya yaxın olan “Meydan” qəzetində də bu tipli “sənədlər” çap edilirdi: “Məntiqi sual yaranır: Xeyir ola, bu “sənədləri” KQB Nemət Pənahlıya verirdi? Nemətin bu orqanlarla hansı əlaqələri var idi ki, onların arxivindən geninə-boluna yararlana bilirdi? Deməli, Nemət Pənahlı ya KQB ilə əlaqəli şəxs idi, ya da yaydığı sənədlər uydurma şeylər idi.
Əbülfəz Elçibəylə bağlı hər şey ortadadır. Məhkəmənin qərarı, sənədləri, Elçibəyin il yarım həbsdə yatması faktdır. Hər halda Əbülfəz Elçibəy Nemət Pənahlı kimi müstəntiq Savuşkinlə əlaqələrə və razılaşmalara getməmişdi. Nemət Pənahlı əvvəl özünün 1988-ci ildə olan istintaqı zamanı müstəntiqlərlə əlaqələri, onlarla hansı əməkdaşlıq içərisində olmasına aydınlıq gətirsin və bundan sonra başqaları haqda danışsın. Yəni başqasını ittiham etməzdən əvvəl özündən başlasın. Hər halda 1975-ci il nisbətən uzaq tarix olsa da, 1988-ci il daha yaxın tarixdir”.
Xatırladaq ki, Nemət Pənahlı bu gün mərhum prezident Əbülfəz Elçibəylə bağlı ciddi ittihamlar səsləndirib.
Nemət